6 min funt-sterlinq dəyərindəki çilçıraq hərracda inanılmaz qiymətə satıldı – FOTO

Dünya

İngilis rəssam Con Krakston 1960-cı illərdə antikvar dükanında 6000 funt-sterlinqə çilçıraq alıb. Daha sonra məlum olub ki, o, 1940-cı illərdə məşhur isveçrəli heykəltəraş Alberto Cakometti tərəfindən hazırlanıb və bu yaxınlarda hərracda 2,9 milyon funta satılıb.

Məlumata görə, əsərləri hazırda dünyanın böyük muzeylərində nümayiş etdirilən isveçrəli sürrealist heykəltəraşa “Horizon” ədəbi jurnalının London ofisi üçün çilçıraq hazırlamaq tapşırılıb. 1950-ci ildə “Horizon” nəşri bağlandıqdan sonra, çilçıraq London antikvar mağazasına verilib. Orada 1960-cı illərin sonlarında ingilis rəssamı Con Krakston tərəfindən alınıb. Çilçıraq 2009-cu ildə ölənə qədər rəssamın şimali Londondakı mənzilində asılıb.

2021-ci ildə Parisdəki Cakometti Fondu tərəfindən yoxlanıldıqdan sonra çilçıraqın həqiqətən də isveçrəli heykəltəraşın işi olduğu müəyyən edilib. Çilçıraq 1,5 milyon funt-sterlinq dəyərində qiymətləndirilib və “Christies” hərracında satışa çıxarılıb. Komissiyalar daxil olmaqla, məhsulun satışdan sonrakı ümumi qiyməti 2,9 milyon dollar təşkil edib.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir