Trampdan ABŞ ilə bağlı ağlasığmaz TƏKLİF

Dünya

Keçmiş prezident və 2024-cü ildə baş tutacaq prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan Donald Tramp “azadlıq şəhəri”nin tikilməsini təklif edib.

Siyasətçinin fikrincə, bu, “cəsarətini itirmiş” ölkədə yeni ABŞ-nin gələcəyini qurmaq üçün hazırlanmış planın bir hissəsidir.

Yeni meqapolislərin sakinlərinin uçan avtomobillərlə hərəkət etməsi nəzərdə tutulur. Nəhəng korporasiyalar tərəfindən artıq bununla bağlı işlər həyata keçirilir. Lakin bir çox ekspertlər hesab edirlər ki, bu tikililərin bazara daxil olmasına hələ çox var.

“Mən əmin olmaq istəyirəm ki, hava hərəkətliliyi sferasında bu inqilabi proseslərə Çin deyil, ABŞ rəhbərlik edəcək”, – deyə Tramp qeyd edib.

O, 10-a qədər yüksək texnologiyalı “azadlıq şəhəri”nin layihələndirilməsi ilə bağlı müsabiqə elan edəcəyinə söz verib. Bu şəhərlərin istismar edilməmiş federal torpaqlarda tikiləcəyi ehtimal olunur.

“Bu azadlıq şəhərləri sərhədləri yenidən açacaq, ABŞ təxəyyülünü oyadacaq. Layihə yüzminlərlə insana öz evlərinə sahib olmaq və ABŞ arzusuna çatmaq üçün yeni şans verəcək”, – deyə Tramp fikrini yekunlaşdırıb.

Mənbə: CNN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir