İsraildə Negev səhrasında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir kişi və bir qadın həlak olub.
Təyyarə yerli vaxtla 09:44-də magistral yola eniş etmək istəyərkən qəzaya uğrayıb. Sözügedən magistral Qüdsdən şimala və cənuba aparır.
Qüdsün cənubunda yerləşən Beer-Şeva şəhərinin xilasediciləri qəza yerinə yola düşüblər.
Təyyarə yerə çırpıldıqdan sonra alışıb, göyərtəsində olan kişi və qadın yerindəcə ölüb.
Artıq yanğın söndürülüb.
Mənbə: Ynet
www.102info.az