Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, briqada generalı Viktor Xorenko Ukrayna Silahlı Qüvvələrinin səkkiz aydan artıqdır müdafiə etdiyi “Şərq qalası” Baxmutu ziyarət edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat mərkəzi rəsmi “Telegram” kanalında məlumat verib, həmçinin səfərin fotosunu dərc edib.
Komandir Baxmutu müdafiə edən və Donetsk, Luqansk vilayətləri ərazisində tapşırıqları yerinə yetirən tabeliyindəki bölmələrin işinə baxış keçirib. O, döyüş meydanındakı vəziyyətlə tanış olub, döyüşçülərin təminat məsələlərini müzakirə edib.
“Baxmutun müdafiəsində iştirak edən Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bütün bölmələri onlara verilən tapşırıqları dəqiq yerinə yetirirlər. Əsgərlərimiz daim son dərəcə çətin şəraitdə işləyirlər və düşmən qüvvələrinin sayının hər gün azaldılması üçün hər şeyi edirlər”, – deyə Xorenko vurğulayıb.
Mənbə: UNİAN
www.102info.az