İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İranda Kərəc şəhərinin Qızlar Texniki-Peşə Universitetinin tələbəsi Sarina Mahmud-Salehi universitetin yataqxanasında zəhərlənməsi xəbərindən sonra martın 4-ü axşam saatlarında mülki geyimli hökumət qüvvələri tərəfindən qaçırılıb.
Qız tələbəni həbs edən orqan və onun hazırki durumu barədə dəqiq məlumat yoxdur.
www.102info.az