Bazar günü Yunanıstan parlamenti qarşısında minlərlə insan Larisa şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması ilə bağlı etiraz aksiyası keçirib. Polis anarxistlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
7,5 mindən çox insanın iştirak etdiyi mitinqin bitməsindən sonra üzlərinə qara sarğı və qaz maskası taxmış kiçik anarxist qruplar polislərə daş, “Molotov kokteyli” atmağa başlayıblar. Xüsusi təyinatlılar etirazçıların hərəkətlərinə gözyaşardıcı qaz və səs qumbaralarıyla cavab verib.
Bildirlir ki, mitinqin təşkilatçıları dəmiryolçuların həmkarlar ittifaqları, tələbə təşkilatları, müxtəlif ictimai təşkilatlar olub. Onlar şəhər sakinlərini hakimiyyətin səhlənkarlığına qarşı kütləvi mitinqə toplaşmağa çağırıb.
Mənbə: TASS
www.102info.az