“Qərb ölkələri Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır”.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Qərb münaqişə bitdikdən sonra Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır. Ancaq bunun vaxtı hələ çatmayıb”, – o, bildirib.
Qeyd edək ki, hələ 2022-ci ilin payızında Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən ölkənin təhlükəsizliyinə zəmanət verən layihə təqdim edilib. Burada Kiyev Aİ ölkələrini qarant kimi təklif edib.
Mənbə: ura.news
www.102info.az