Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Aleksandar Stanoyeviç istefa verə bilər.
Serbiyalı mütəxəssis “Giresunspor”la qolsuz heç-heçə etdikləri Superliqanın XXIV tur oyunundan sonra bununla bağlı sualı cavablandırarkən bildirib. O, komandanın maraqları üçün lazım olan hər şeyi etməyə hazır olduğunu deyib:
“Əvvəla mən təslim olan biri deyiləm. Amma komandanın mənfəəti üçün olacaqsa, lazım olanı etməyə hazıram. Əlbəttə, lazım gələrsə, bunu düşünə bilərəm”.
Konya təmsilçisi Stanoyeviçin rəhbərliyi altında Superliqada 5 oyunda qələbə qazana bilməyib. Bunların 4-də məğlubiyyətlə üzləşən komanda 28 xalla 9-cu pillədə qərarlaşıb.
Mənbə: “NTV Spor”
www.102info.az