“Rusiya qoşunları gecə hücumu zamanı Ukrayna ərazisinə 15 “Shahed” tipli kamikadze-dronu buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri bu dronlardan 13-nü vurub”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonun efirində bildirib.
O deyib ki, Rusiya “Shahed” kamikadze-dronlarını Ukraynaya şimal istiqamətindən buraxıb.
“İlkin olaraq 15 dron buraxılıb ki, onlardan 13-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Nəticə kifayət qədər yaxşıdır. Şimaldan hücuma keçmişdilər, mərkəzi, şərq rayonlarına hücum edirdilər”, – deyə spiker qeyd edib.
RBC-Ukraina
www.102info.az