Türkiyədə mərkəzi Kahramanmaraş olan dəhşətli zəlzələ zamanı Hataydan olan ailə qəribə formada sağ qurtarıb.
Ali Tekkalanın sözlərinə görə, faciədən 10 dəqiqə əvvəl 6 günlük körpələri ağlamağa başlayıb. Onlar bu səbəbdən oyanıblar və mətbəx qapısının kandarında zəlzələyə yaxalanıblar.
26 yaşlı Ali Tekkalan deyib ki, 50 nəfərin yaşadığı 8 mərtəbəli binada bütün divarlar uçsa da, xoşbəxtlikdən ölən olmayıb. Onlar yanğın nərdivanı vasitəsilə binadan çıxa biliblər.
Mənbə: İHA
www.102info.az