Ötən il noyabr ayında Türkiyənin İstanbul şəhərində terror aktı törədən şəxs 3000 ilədək həbs cəzası ala bilər.
İş üzrə istintaq başa çatıb. İstanbulun 13-cü Cəza Məhkəməsi terror aktını törədən Ahlam Albaşır da daxil olmaqla 36 nəfərin təqsirləndirildiyi iş üzrə ilk məhkəmə iclaslarını mayın 9-11-nə təyin edib.
Ahlam Albaşır barədə ağırlaşdırıcı hallarla 7 ömürlük həbs, həmçinin 1949-cu ildən 3009-cu ilədək müddətə azadlıqdan məhrumetmə cəzası istənilib.
O, “terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək”, “partlayıcı vasitəsilə qəsdən adam öldürmə”, “təhlükəli maddələr saxlama” və digər maddələrlə ittiham olunur.
Mənbə: Anadolu
www.102info.az