Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.
Məlumata görə, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə ümumi namizədini açıqlayıb.
Koalisiya liderlərinin toplantısı Meral Akşenerin qərarını gözlədikləri üçün təxminən 2 saat gecikib.
Millət koalisiyası Səadət Partiyasının mərkəzi binası qarşısında edilən açıqlama ilə prezidentliyə namizədini rəsmən elan edib. Beləliklə də, müxalifətin seçkilərdəki vahid namizədi Kemal Kılıçdaroğlu olub.
www.102info.az