Türkiyənin Malatya şəhərində baş verən dəhşətli zəlzələnin ilk anları yanğınsöndürmə maşınının ratsiyasına əks olunub.
Fevralın 6-da Kahramanmaraşın Pazarcık bölgəsində 7,7 bal gücündə zəlzələ zamanı Battalqazi və Yeşilyurt rayonlarında binaların dağılması Malatya Böyükşəhər Bələdiyyəsi yanğınsöndürənlərinin ratsiya ilə danışıqlarında əksini tapıb.
Zəlzələ zamanı iş başında olan yanğınsöndürmə qruplarının şəhərdəki dağıntılar barədə yanğınsöndürmə mərkəzinə verdiyi məlumatların videogörüntüləri paylaşılıb. Videolarda axtarış-xilasetmə və sağlamlıq qruplarının dağıntı bölgələrinə göndərilməsi üçün göstərilən səylər və ətrafdakı vətəndaşların yaşadığı təşviş anları da yer alıb.
Mənbə: Haber Global
www.102info.az