İngiltərənin “Vest Hem” klubunun futbolçuları komandanın baş məşqçisi Devid Moyesdən narazıdırlar.
“The Guardian”ın xəbərinə görə, mütəxəssisin taktikası oyunçuları qane etmir. Onların fikrincə, bu, komandanın irəliləməsinə mane olur.
İngiltərə Premyer Liqasının son turunda “Vest Hem” “Brayton”a 0:4 hesabı ilə uduzub. Komanda turnir cədvəlində 16-cı yerdədir.
www.102info.az