Tayra ləqəbli (Yuliya Paevskaya) məşhur ukraynalı paramedik (təcili tibbi vəziyyətlərdə xəstələrə və ya yaralılara xidmət göstərən peşəkar insan) ABŞ Dövlət Departamentinin “Beynəlxalq Cəsarətli Qadınlar” (IWOC) mükafatının laureatı olub.
2022-ci ilin yazında Rusiya əsirliyinin bütün dəhşətlərini görən Tayra oradan sağ çıxmağa nail olub.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Qeyd edilib ki, Tayra bu mükafata rusiyalı əsgərlər tərəfindən əsir götürüldüyü zaman nümayiş etdirdiyi böyük cəsarətə görə layiq görülüb. Mükafatlandırma mərasiminin martın 8-də ABŞ-nin hazırkı lideri Co Baydenin Administrasiyası ərazisində keçiriləcəyi gözlənilir.
Mərasiminin aparıcıları isə birinci xanım Cill Bayden və dövlət katibi Antoni Blinken olacaqlar.
Ukraynalı paramedikdən başqa Əfqanıstan, Argentina, Mərkəzi Afrika Respublikası, Kosta Rika, Efiopiya, İordaniya, Qazaxıstan, Malayziya, Monqolustan və Polşa nümayəndələri də mükafatın laureatları olublar.
Mənbə: UNİAN
www.102info.az