PSJ-də Mbappedən narazılıq: “Ən yaxşı oyununu göstərmir”

Dünya

PSJ-nin idman direktoru Luis Kampos komandanın hücumçusu Kilian Mbappenin performansından narazıdır.

Bu barədə o, “Telefoot” telekanalına açıqlamasında deyib.

Klub rəsmisinin sözlərinə görə, Fransa millisinin üzvü daha yaxşısını etmək iqtidarındadır:

“Mbappe daha yaxşısını etməlidir. Onun bunu bacaracaq potensialı var. Kilian indi ən yaxşı oyununu göstərmir. 25-26 yaşında daha fərqli və möhtəşəm oyunçu olacaq. Amma zirvəyə qalxmaq üçün çox çalışmalıdır”.

24 yaşlı hücumçu bu mövsüm 30 oyunda 30 qol vurub. O, 201 qolla PSJ tarixinin ən yaxşı bombardiridir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir