BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər edib.
Bu barədə çərşənbə axşamı brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.
Onun sözlərinə görə, baş katib çərşənbə günü taxıl sazişinin uzadılması üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
“Baş katib bu gün səhər saatlarında Polşaya gəlib, indi isə Ukraynadadır və Prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, – o deyib.
Mənbə: TASS
www.102info.az