Aram Qabrelyanov Ermənistana buraxılmadı

Dünya

“News Media House”un baş direktoru və prezidenti Aram Qabrelyanov Ermənistana buraxılmayıb.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Viktor Soqomonyan çərşənbə axşamı bildirib ki, o, təhsil müəssisəsinin təşkilatçılığı ilə jurnalistika üzrə ustad dərsi keçmək üçün bir günlük ölkəyə gəlib.

“Aeroportda onun sərhədi keçməsinə icazə verilməyib. Qabrelyanova bildiriblər ki, o, Ermənistanda arzuolunmaz şəxsdir və ölkədə sabitliyi poza bilər”, –  Soqomonyan deyib.

O, qeyd edib ki, Qabrelyanov növbəti reyslə Moskvaya qayıdıb.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında RT telekanalının baş redaktoru Marqarita Simonyan da Ermənistana girişinin qadağan olunduğunu bəyan edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir