Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” – “Borussiya” (Dortmund) oyunu planlaşdırılan vaxtdan gec başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə 00:00-da səslənməli olsa da, 10 dəqiqə yubanma baş verib.
Buna Almaniya təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı Londonun “Stemford Bric” stadionuna gələrkən yolda tıxaca düşməsi səbəb olub.
Komandalar arasında ilk oyunda “Borussiya” 1:0 hesablı qələbə qazanıb.
www.102info.az