“Fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu ziyan 100 milyard dolları keçə bilər”.
Jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton belə deyib.
BMT-nin nümayəndəsi Hatay vilayətindəki vəziyyəti “apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib.
“Yardıma ehtiyac böyükdür, lakin resurslar azdır”, – deyə Luiza Vinton vurğulayıb.
Mənbə: TASS
www.102info.az