“Olimpiakos” və AEK arasında keçirilməli olan, lakin Yunanıstanda baş verən qatar qəzası səbəbindən təxirə salınan ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununun keçiriləcəyi vaxtı məlum olub.
Oxu.Az xəbər verir ki, qarşılaşma martın 13-də baş tutacaq. Görüş Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Qeyd edək ki, “Olimpiakos” – AEK oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edəcək.
www.102info.az