Avropa İttifaqı (Aİ) “Taliban” hökumətində yüksək vəzifə tutan iki şəxsə qadınların hüquqlarını pozduqlarına görə sanksiya tətbiq edib.
Bu barədə məlumat Avropa İttifaqı Şurasının yaydığı press-relizində öz əksini tapıb.
Belə ki, sanksiyaya məruz qalan birinci şəxs Əfqanıstanın hazırkı ali təhsil naziri Məhəmməd Neda Nadimdir. O, qadınların universitetlərə buraxılmamasına dair göstəriş verən şəxsdir.
Aİ-nin sanksiyalarına məruz qalan digər “Taliban” rəsmisi isə Məhəmməd Xalid Hənəfidir. O, yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı vəzifəsini yerinə yetirir.
Məhəmməd Xalid Hənəfi gender ayrı-seçkiliyini təbliğ etməkdə ittiham olunur.
Mənbə: Sputnik Əfqanıstan
www.102info.az