PSJ məhkəmədə uduzdu: Keçmiş futbolçusuna təzminat ödəyəcək

Dünya

Hatem Ben Arfa məhkəmədə sabiq klubu PSJ-yə qismən qalib gəlib.

Məlumata görə, Paris təmsilçisi 36 yaşlı oyunçuya dəymiş maddi və mənəvi ziyana görə 100 min avrodan bir qədər artıq məbləğdə təzminat ödəyəcək.

2016-2018-ci illərdə PSJ-nin formasını geyinmiş Ben Arfa 2017-ci ilin aprelindən 2018-ci ilin iyununadək əsas komandadan kənarlaşdırılıb. Bu səbəbdən məhkəməyə üz tutan futbolçu keçmiş komandasından 7-8 milyon avro məbləğində təzminat tələb edib.

Mənbə: “Eurosport”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir