Hatayda zəlzələ nəticəsində çadır şəhərciyində məskunlaşmaq məcburiyyətində qalmış qadınlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül hədiyyəsi paylanılıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb və internet istifadəçiləri tərəfindən də yüksək qiymətləndirilib.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələdən ən çox zərərçəkən vilayətlərdən biri də Hatay olub.
Mənbə: Anadolu
www.102info.az