Ekranlara dönməyə hazırlaşan türkiyəli aktrisa Hülya Avşarın üzünün son halı hər kəsi şoka salıb.
Sosial şəbəkə hesabında qızı Zehra Çilingiroğlu və bacısı Helin Avşarla foto paylaşan Hülya Avşarın üzündə göy-qara ləkələr görünüb.
İzləyicilər sənətçinin üzünə baxaraq qorxuya düşüblər.
Bir müddətdən sonra isə məlum olub ki, Hülya Avşar üzünü özü bu hala salıb. Estetik əməliyyatlar keçirən sənətçinin üzündəki göylüklər hələ də getməyib.