Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi

Dünya

Fransada qadın hüquqlarını dəstəkləyən və pensiya islahatlarına qarşı keçirilən nümayişin 150-yə yaxın iştirakçısı Parisdə Leonardo da Vinçinin “Mona Liza” tablosunun asıldığı Luvra toplaşıb.

Bu barədə Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasından məlumat verilib.

“150 etirazçı Mona Liza zalına toplaşaraq, bütün dünyada qadınların öz hüquqları uğrunda mübarizəsi ilə həmrəy olduqlarını bir daha təsdiqləyiblər və Fransada işləyən qadınlara mənfi təsir göstərən pensiya islahatını pisləyiblər”, – məlumatda deyilir.

Qeyd edək ki, islahat layihəsinə görə, pensiya yaşı 2030-cu ilə qədər 62-dən 64-ə qaldırılmalıdır. Layihə həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir