Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Oxu.Az-ın məlumatına görə, ikinci oyun günündə yeddi qarşılaşma keçiriləcək.
Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa “Lex”i və İsveçrə “Bazel”i isə evdə müvafiq olaraq, İsveç “Yurqarden”i və Slovakiya “Slovan”ı ilə üz-üzə gələcəklər.
Bu raundun cavab matçları martın 16-da olacaq.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart
21:45. AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə)
21:45. “Şerif” (Moldova) – “Nitsa” (Fransa)
21:45. “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya)
00:00. “Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə)
00:00. “Lex” (Polşa) – “Yurqarden” (İsveç)
00:00. “Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya)
00:00. “Gent” (Belçika) – “Başakşehir” (Türkiyə)
Qeyd edək ki, 1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “AZ Alkmaar” komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2.
www.102info.az