Kiyev şəhərində güclü partlayış səsləri eşidilir. Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.
Ukraynaya kütləvi raket hücumu yerli vaxtla təxminən saat 03:00-da başlayıb.
Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Xarkov şəhərinə və bölgəyə 15-ə yaxın zərbə endirilib. Raketlər Odessa vilayətindəki energetika infrastrukturu obyektinə düşüb.
Bundan əlavə, Ternopol və İvano-Frankovsk vilayətlərində, Dnepr və Dnepropetrovsk vilayətlərində partlayışlar qeydə alınıb.
Mənbə: Klymenko Time
www.102info.az