Kamçatka sahillərində bir gündə iki zəlzələ baş verib

Dünya

Rusiyanın Kamçatka yarımadasının cənub-şərq sahilləri yaxınlığında dənizdə sutka ərzində ikinci zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının vahid geofizika xidmətinin Kamçatka filialından məlumat verilib.

Zəlzələnin maqnitudası 5 bal, ocağı 61 km dərinlikdə olub.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhər dairəsindən 204 km cənub-şərqdə yerləşib.

Bundan əvvəl səhər saatlarında həmin dəniz zonasında 5,5 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Mənbə: TASS

www.102info.az