Zəlzələdən qorxan Boğazdakı malikanə sahibləri evlərini tərk edirlər – FOTO

Dünya

İstanbulda daxili köçlə yanaşı zəlzələ zamanı daha təhlükəsiz sayıla biləcək bölgələrə köçmələr də artıb.

İstanbulda zəlzələ qorxusu malikanə sahiblərini də hərəkətə keçirib. Boğazdakı malikanələrin təmir olunması və yenilənməsi qadağan olunduğu üçün ev sahibləri yeni evlər axtarmağa başlayıblar.

Bu binaların əksəriyyəti 80-ci illərdən əvvəl tikilib və qadağa səbəbindən Arnavutköy, Bebek, Yeniköy, Anadolu Hisarı, Kavacık, Çengelköy, Kuzguncuk, Beylerbeyi, Paşabahçe kimi tarixi səmtlərin böyük zəlzələ risk altında olduğu bildirilir.

Bu səbəbdən malikanələrin sahiblərinin də Boğaz xəttini tərk etməyə başladığı qeyd edilir. Sektor nümayəndələrinin fikrincə, bölgədəki tikililərin təmir olunmasına icazə verilməlidir.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir