Ankaradakı qırılma xətti risklidir? – FOTO

Dünya

Əsrin fəlakətindən sonra Türkiyə daxilində zəlzələlərlə bağlı yalan məlumatlar yayılır. Sosial şəbəkələrdəki paylaşımlar zəlzələ riskinin az olduğu vilayətlərdə belə insanları narahat edir.

Mədən Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi tərəfindən nəşr olunan Türkiyənin aktiv qırılma xətləri qeyd edilən xəritələrdə Ankaranın Etimesgut rayonunda Bağlıcadan Yapracığa qədər uzanan qırılma xətti görünür.

Elmi məlumatlara əsaslanmadan edilən paylaşımlar naməlum qırılma xəttinin ortaya çıxması hissini yaradır.

Ankara Universiteti Geologiya Mühəndisliyi Fakültəsinin professoru Gürol Seyitoğlu  Yapracık-Bağlıca arasındakı magistral yolun kənarından keçən qırılma xəttinin əvvəllər də məlum olduğuna işarə edib:

“Bu, Etimesgutda 3,5 ballıq zəlzələlərin qaynağı olaraq bizə məlum olan bir quruluşdur”.

Onun sözlərinə görə, bunun əsas struktur olmadığı üçün dağıdıcı zəlzələ riski yoxdur:

“Bu, əsas struktur deyil. Ona görə də şübhə və həyəcan yaratmağa ehtiyac yoxdur”.

Mənbə: TRT Haber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir