Mərənd şəhərində kimyəvi hücum nəticəsində iki azərbaycanlı qız ölüb – FOTO

Dünya

Martın 6-da Güney Azərbaycanın Mərənd şəhərindəki “Həzrəti Ruqəyyə” orta məktəbinə SEPAH terrorçuları tərəfindən kimyəvi hücum edilib.

Bu ağır kimyəvi hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb. İki gün keçməsinə baxmayaraq, onlar hələ də xəstəxanadan buraxılmayıblar və vəziyyətlərinin kritik olduğu bildirilir.

Təəssüf ki, sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 7-də dünyasını dəyişib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Fatimə Mehdizadə və Şəbnəm Cəmşidi adlı iki qız İran terrorunun qurbanı olub.

Bu iki qızcığazın ölümündən sonra onların ailələrinə xüsusi şəkildə hədə-qorxu gəliblər ki, məsələ heç bir şəkildə ictimailəşdirilməsin. 

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir