Petr Pavel rəsmən Çexiya prezidenti oldu

Dünya

Cümə axşamı, martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib. O, artıq rəsmən ölkənin dördüncü prezidenti olub və səlahiyyətlərinin icrasına başlayıb.

And içdikdən sonra etdiyi çıxışda Pavel tezliklə işinin ilk 100 günü üçün konkret hədəflər planını dərc edəcəyini bildirib.

O, hökuməti insanlara və hadisələrə daha açıq etmək, şəffaf və müntəzəm ünsiyyəti bərpa etmək istədiyini də bəyan edib.

Qeyd edək ki, Petr Pavel dövlət başçısı postunda Miloş Zemanı əvəz edib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir