Tbilisinin Rustaveli prospektində artıq üçüncü gündür ki, genişmiqyaslı nümayişlər keçirilir.
Əvvəllər xarici agentlər haqqında qanuna qarşı çıxan etirazçılar indi mitinqlər zamanı saxlanılanların hamısının azad edilməsini tələb edirlər.
Aksiyanın rəsmi hissəsi Gürcüstan, Ukrayna və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlayıb. Etirazçılar arasında çox sayda müxalif siyasətçilər, fəallar və ictimai təşkilatların üzvləri, tələbələr var. Ətraf ərazilərdə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları da toplaşıb.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl bu günlərdə 133 nəfərin saxlandığını açıqlamışdı, onlardan neçəsinin hələ də həbsdə olduğu dəqiq məlum deyil. Nazirlik Tiflisdə inzibati xətalara görə saxlanılan bütün etirazçıların artıq sərbəst buraxıldığını bəyan edib.
Mənbə: eurointegration.com.ua
www.102info.az