Avstriyanın “Swarovski” zərgərlik şirkəti Rusiyanı tərk etmək planlarını açıqlayıb.
“Biz belə nəticəyə gəldik ki, biz də Rusiyadakı dondurulmuş fəaliyyətlərimizi artıq davam etdirə bilmərik”, – deyə brendin baş direktoru Aleksis Nazard bildirib.
O qeyd edib ki, şirkətin Rusiya bazarından çıxması bütün qanunlara, o cümlədən mövcud iqtisadi sanksiyalara və digər ticarət məhdudiyyətlərinə uyğun olaraq həyata keçiriləcək. Lakin Nazard bu tədbirlərin dəqiq vaxtını açıqlamayıb.
Xatırladaq ki, 4 mart 2022-ci ildə “Swarovski” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada zərgərlik məmulatlarının onlayn və oflayn satışını dayandırıb.
Mənbə: lenta.ru
www.102info.az