Moskva metrosunda sərnişin yeniyetməni qatarın altına atdı – VİDEO

Dünya

Moskva metrosunda sərnişinlərdən biri 15 yaşlı yeniyetməni yaxınlaşan qatarın altına itələyib.

Bu barədə martın 9-da Moskva Nəqliyyat Departamenti öz “Telegram” kanalında məlumat yayıb.

Hadisə dairəvi xəttin Kiyev stansiyasında baş verib.

Kadrlarda kişinin qatarı gözləyən azyaşlıya arxadan necə yaxınlaşdığı və onu itələdiyi görünür.

“Metro növbətçisinin sözlərinə görə, sərnişin sağdır. Onu itələyən qanun pozucusu saxlanılıb”, – deyə məlumatda bildirilib

Moskva prokurorluğundan bildiriblər ki, günahkar 1961-ci il təvəllüdlü kişidir. Cinayətin motivləri hələlik məlum deyil.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir