“Qarabağ”ın sabiq futbolçusu Miçel Madeyra hazırda İngiltərənin “Sauthempton” klubunu çalışdıran Ruben Selles barədə fikirlərini bildirib.
38 yaşlı keçmiş yarımmüdafiəçi “Marca”ya açıqlamasında Azərbaycan təmsilçisində birgə çalışdığı mütəxəssisin sıçrayışının onu təəccübləndirdiyini deyib:
“Şəhərə və kluba öyrəşməyimdə mənə çox köməklik edib. İki il yarım birlikdə olduq. O, analitik kimi çalışıb, rəqibləri təhlil edirdi. Eyni zamanda, fiziki məşqçi kimi də işləyib. “Qarabağ”da hamıya yaxın idi. İngilis dilini yaxşı bilirdi. Rus dilini öyrənmək üçün də çox vaxt sərf edirdi. Çox çalışqandır. Doğrusu, onun bu sıçrayışı məni təəccübləndirdi. Amma iş qabiliyyətinə görə yox. Ona fürsət verilsə, yaxşı iş ortaya qoyacağını bilirdim. Ümid edirəm ki, baş məşqçiliyi mükəmməl olacaq”.
Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da köməkçi məşqçi olub. Miçel 2015-2020-ci illərdə Ağdam klubunun formasını geyinib.
www.102info.az