Ermənistanda məktəbli avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə cümə günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 14:20-də Qafan polis şöbəsinə PAZ markalı avtobusla yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
“Saat 16:10-a olan məlumata görə, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1970-ci il təvəllüdlü vətəndaş dünyasını dəyişib”, – deyə məlumatda bildirilib.
Mediada yayılan məlumata görə, müəllim və tələbələrin olduğu avtobus Qafan-Araçadzor avtomobil yolunun hərəkət hissəsindən çıxıb və dərəyə yuvarlandıqdan sonra çaya düşüb.
Qəza nəticəsində 53 yaşlı qadın dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib.



Mənbə: “Sputnik” Ermənistan
www.102info.az