Ermənistan hüquq-mühafizə orqanları İrəvan merinin müavini Qevorq Simonyanın ofisində axtarış aparıb.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindəki mənbə məlumat verib.
“Merin müavini saxlanılıb. Hazırda dindirilmə aparılır. İstintaq tədbirləri həyata keçirilir”, – deyə komitə üzvü bildirib.
Qevorq Simonyan 2022-ci ilin fevralında İrəvan merinin müavini vəzifəsinə təyin edilib.
Mənbə: TASS
www.102info.az