İndoneziyada Merapi vulkanı püskürüb. Bununla əlaqədar Yava adasında dördüncü dərəcəli təhlükə səviyyəsi tətbiq edilib.
Bildirilir ki, kraterdən axan lava 1,5 kilometr məsafəyə yayılıb. İnsanlara vulkana yeddi km-dən az məsafədə yaxınlaşmaq qadağan edilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən ay İndoneziyanın Siau adasında Karangetanq vulkanı püskürmüşdü.
Mənbə: Gazeta.ru
www.102info.az