Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Qalatasaray” öz meydanında “Kasımpaşa” ilə üz-üzə gəlib.
Qələbə üçün “sarı-qırmızılar”a 1 qol bəs edib. Yeganə topu 57-ci dəqiqədə Nikolo Zaniolo vurub. Bu, qışda İstanbiul klubuna keçən italyanın ilk rəsmi oyununda ilk qolu olub.
Beləliklə, “Qalatasaray” Super Liqada ardıcıl 14-cü oyunda qələbə qazanıb. Bu, Türkiyə çempionatları tarixində yeni rekorddur. Daha əvvəl 1959/60 mövsümündə “Beşiktaş” ardıcıl 13 qələbə əldə etmişdi.
24 matçda 60 xal toplayan “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir.
www.102info.az