Əfqanıstanda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə bazar günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 190 km şərqdə yerləşib. Mənbə 152 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
www.102info.az