Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda səhərə yaxın iki zəlzələ baş verib.
Yerli vaxtla saat 04:34-də 4,7 bal gücündə zəlzələdən sonra saat 05:13-də 4,5 bal gücündə daha bir zəlzələ baş verib.
AFAD-ın məlumatına görə, ilk zəlzələnin təxminən 10 kilometr, ikincinin isə 8 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Ərazidə axtarış-xilasetmə işləri aparılır.
Mənbə: TRT Haber
www.102info.az