“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Xavinin işindən razıdır.
Kataloniya klubu mütəxəssislə müqaviləni yeniləmək istəyir. Xaviyə müddəti 2026-cı ilə qədər olan sözləşmə təklif edilib. 43 yaşlı mütəxəssis “Barselona”da özünü xoşbəxt hiss edir və təklifi qəbul edəcək.
Tərəflər arasında hazırkı müqavilənin müddəti gələn ilin yayına qədərdir. “Barsa” La Liqada XXV turdan sonra 65 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Real Madrid”i 9 xal üstələyir.
Mənbə: “Marca”
www.102info.az