Rusiya raketdaşıyıcılar və taktiki aviasiyanı hərəkətə keçirdi: Raket hücumu olacaq?

Dünya

Rusiya Federasiyası Qara dənizdə iki yerüstü raket daşıyıcısını döyüş növbəsinə çıxarıb.

Bu barədə Ukrayna “Cənub” Əməliyyat Komandanlığı “Facebook” hesabında məlumat verib.

Bildirilib ki, raketdaşıyıcı 16 “Kalibr” tipli raketə qədər ümumi yaylım atəşi gücünə malikdir.

“Şərq istiqamətində və Azov dənizinin suları üzərində düşmənin taktiki aviasiyasının fəallığı artır. Düşmənin kəşfiyyat PUA-larının fəaliyyəti də istisna edilmir”, – deyə məlumatda qeyd edilir.

Komandanlıqdan qeyd edilib ki, raket zərbəsi təhlükəsi olduqca yüksəkdir.

Mənbə: ZN.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir