İtaliya A Seriyasında XXVI tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, bağlanış matçında “Milan” “Salernitana”nı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Matçda hesabı 45+1-ci dəqiqədə Olivye Jiru ilə milanlılar açsa da, 61-ci dəqiqədə Bulaye Dia qonaqlara 1 xal qazandıran qolu vurub.
26 turdan sonra 48 xalı olan “Milan” əvvəlki kimi 4-cüdür. “Salernitana” isə 26 xalla 16-cı pillədə qərarlaşıb.
www.102info.az