Papa Fransisk ilk podkastı “Popecast”ı təqdim edib. O, videonu papalığa seçilməsinin 10-cu ildönümünə həsr edib. Onun sözlərinə görə, illər hiss edilmədən ötüb keçib.
“Bu günü qarşılamaq istəyəndə o artıq dünən olur, amma sabah da deyil”, – deyə o qeyd edib.
Podkastda papa sülh arzulayıb, eyni zamanda insanlara ağlamağı, mərhəmətli olmağı və gülümsəməyi unutmamağı tövsiyə edib. O əlavə edib ki, onu ən çox incidən müharibələr və silahlı münaqişələr zamanı insanların həlak olmasıdır.
Mənbə: Vatican News
www.102info.az