Messi ərəblərdən illik 600 milyon avro istəyir

Dünya


Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Lionel Messi gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Argentinalı dünya çempionuna Səudiyyə Ərəbistanından böyük maraq var. “Əl-Nəsr”in Kriştianu Ronaldunu transfer etməsinə cavab olaraq “Əl-Hilal” da Messini heyətinə qatmaq istəyir. Klub 35 yaşlı oyunçuya illik 300 milyon avro ödəməyə hazırdır. Ancaq futbolçu daha çoxunu tələb edir.

İddiaya görə, Lionelin atası, həm də meneceri olan Jorje Messi oğluna illik 600 milyon avro verilməsini tələb edib. Bundan sonra klub məbləği 350 milyona qədər artırıb. Jorje Messi danışıqları davam etdirmək üçün Səudiyyə Ərəbistanına gedəcək.

Mənbə: “El Chiringuito TV”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir