İsveç rusiyalı idmançıları dünya çempionatına buraxmadı

Dünya


Rusiyadan olan xizəkçi və biatlonçular İsveçdə hərbçilər arasında keçiriləcək dünya çempionatına buraxılmayıblar.

Bu barədə yarışın təşkilat komitəsinin nümayəndəsi Ulrik Hansson-Mild bildirib.

“Mövcud təhlükəsizlik tədbirlərinə və Ukraynadakı vəziyyətə görə İsveç bu yarış zamanı Rusiyadan iştirakçı qəbul etməyəcək”, – Hansson-Mild deyib.

Dünya çempionatı martın 27-dən aprelin 1-dək İsveçin Boden şəhərində keçiriləcək.

2022-ci ilin fevral ayının sonundan bir çox beynəlxalq idman təşkilatı Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə rusiyalı idmançıların yarışmalarına icazə vermir. Tennis, velosiped, avtoidman və şahmat kimi bəzi növlərdə ruslar neytral statusda yarışırlar.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir