ABŞ-nin SVB bankının iflasından sonra qlobal maliyyə sektoru 465 milyard dollar itirib.
Məlumata görə, ən çox zərər çəkən regional Amerika bankları olub.
“KBW Regional” regional bank indeksinin 7,7 faiz azaldığını bildirib. Bu, 2020-ci ilin iyun ayından bəri ən kəskin azalma olub.
Bu arada, “MSCI Asia Pacific Composite Index” 3,1 faiz azalıb. Yaponiya bank holdinqi “Mitsubishi UFJ”, Cənubi Koreyanın “Hana Financial Group” və Avstraliyanın “ANZ Group Holdings”inin də səhmləri ucuzlaşıb.
Qeyd edək ki, ABŞ-nin 16-cı ən böyük bankı olan SVB-nin iflası martın 10-da məlum olub. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-də ən böyük bank uğursuzluğudur. Eyni zamanda, ABŞ administrasiyası müflis olan maliyyə qurumunu xilas etməkdən imtina edib.
Mənbə: vesti.ru
www.102info.az